• 24 Noyabr 2024 08:05

Azərbaycanda qohum evliliyi qadağan oluna bilər

Azərbayanda əmi, xala uşaqları kimi ikinci və üçüncü dərəcəli qohumlar arasında evlilik qadağan oluna bilər.

 

Tacxeber.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov “Qohum nikahları” ilə bağlı ictimai müzakirə zamanı bildirib.

 

O deyib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.

 

“Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir”, – Rüstəm Qasımov söyləyib.

 

Qeud edək ki, 2021-ci ildə Azərbaycanda qohumlar arasında 2363 nikah qeydə alınıb, onlardan 204-ü boşanıb. 2022-ci ildə isə ölkədə 2542 qohum nikahı qeydə alınıb, onlardan da 608 nəfəri boşanıb. Qohum evlilikləri ən çox Bakıda (742), Mil-Muğan (296) və Lənkəran-Astara (274) regionlarında qeydə alınıb.

Tacxeber.com

Oxşar xəbərlər