• 22 Sentyabr 2024 11:39

“Həbsdən ona məktublar yazırdım, ağlıma da gəlməzdi ki…” – Paşinyan Saakaşvilini xatırladı

“Mən o vaxt həbsdə idim, Saakaşviliyə məktublar yazırdım, indi də o, həbsdən mənə yazır”.

 

Tacxeber.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, 2009-cu ildə həbsxanadan Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşviliyə məktub göndərib. “Həyat qəddar və maraqlıdır, o zaman ağlıma belə gəlməzdi ki, bir gün o, da həbsxanadan mənə yazacaq”.

Tacxeber.com

Oxşar xəbərlər