Hər gecə qulaqcıqla yatan qız KAR OLDU
Gənc çinli qadın qulaqcıqla iki il dalbadal musiqi çalaraq yuxuya getdikdən sonra eşitmə cihazından istifadə etmək məcburiyyətində qalıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, xanımın yaşı və adı açıqlanmasa da, onu “gənc qadın” adlandırır və Şandunqda yaşadığını deyir.
Qadın bir gün müdirinin çıxışını başa düşməkdə çətinlik çəkdiyini anladıqdan sonra həkimə müraciət edib. Müayinə zamanı sol qulağın qalıcı nevroloji zədələnməsi aşkarlanıb. Əvvəlcə həkim qadının qulağından zədə aldığını və ya uzun müddət yüksək səs mənbəyinin yaxınlığında olduğunu güman edib. Lakin sonradan məlum olub ki, çinli qadın hələ kollec tələbəsi olarkən musiqi dinləyərkən qulaqcıqla yuxuya getməyə öyrəşdiyi üçün eşitmə orqanı zədələnib.
“Kollecdə oxuyanda musiqi dinləyərək yuxuya getməyi xoşlayırdım. Zaman keçdikcə bu vərdiş halına gəldi. Son iki ildə hər gecə qulaqcıqla yatıram”, – xəstə həkimə deyib.