“Kəndi tutmuşuq, rus hərbçilər qaçır” – Rusiya Müdafiə Nazirliyi isə təkzib edir
Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən “Rusiyaya Azadlıq” legionu Rusiyanın Kursk bölgəsindəki Tetkino kəndini tamamilə ələ keçirdiyini iddia edib.
Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, döyüşçülər rus hərbçilərinin ağır texnikanı ataraq yaşayış məntəqəsini tərk etdiyini bildiriblər.
Rusiya Müdafiə Nazirliyi isə bəyan edib ki, rusiyalı hərbçilər Ukrayna təxribat-kəşfiyyat qruplarının Kursk və Belqorod vilayətlərinə hücumunu dəf edib.