• 24 Noyabr 2024 11:34

Rusiyanın 7 bölgəsinə hücum: zavodlar partladıldı

Ukrayna Rusiyanın 7 bölgəsinə hücum edib. İki vilayətdə neft emalı zavodu partladılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

 

Bildirilir ki, martın 12-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA-lar Rusiyanın 7 regionuna – Belqorod, Voronej, Kursk, Moskva, Nijni Novqorod, Tula və Oryol vilayətlərinə eyni vaxtda hücum edib.  PUA-lardan 25-i məhv edilib.

 

Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitin öz teleqram kanalında yaydığı məlumatda isə bildirib ki, PUA-larla Nijni Novqorod yaxınlığında Kstovo sənaye zonasına hücum edilib və nəticədə neft emalı zavodunda yanğın baş verib.

 

Neft emalı zavodu isə “Lukoyl”a məxsus olub.

 

Ukrayna ordusunun PUA-ları bundan başqa Oryol vilayətində daha bir neft bazasına hücum edib və nəticədən orada da yanğın baş verib.

 

Oryol meri Yuri Paraxin bildirib ki, yanacaq-energetika kompleksi obyektinə hücumdan sonra yaxınlıqdakı iki çoxmərtəbəli binadan 17 nəfər qonşu təxliyə edilib.

 

Baş verən yanğınları lokallaşdırmaq üçün xeyli sayda texnika və canlı qüvvə səfərbər edilib.

Tacxeber.com

Oxşar xəbərlər