Zelenski cəbhədən şad xəbər verdi
Cəbhədəki vəziyyət son üç aydan daha yaxşıdır.
Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Artilleriya sursatının olmaması, hava blokadası, Rusiyanın uzaqmənzilli silahlarının və PUA-larının yüksək sıxlığı səbəbindən çətinliklər yaşadıq”, – Zelenski bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun şərqdə irəliləyişini dayandıra bilib və ruslar böyük itki verir.
Bununla yanaşı Zelenski qeyd edib ki, Ukrayna kifayət qədər yardım almasa, bu bəyanat bir ay və ya bir həftə ərzində aktuallığını itirə bilər.