• 22 Sentyabr 2024 07:26

İbn Sinadan min illik Ramazan resepti: Sizi tox saxlayacaq və susatmayacaq

Ramazan ayının gəlişi ilə oruc tutanlar sağlam qidalanmağa diqqət yetirirlər. Bu dövrdə xüsusilə iftar və sahurda yeyilən yanlış qidalar oruc tutmağı çətinləşdirə, insanı gün boyu ac və susuz hiss etməyizə səbəb ola bilər.

 

İbn Sina min illər əvvəl dediyi və Osmanlıda çox məşhur olan bir içkinin bədən üçün faydaları açıqlanıb.

 

Tacxeber.com İbn Sinanın Ramazan reseptini təqdim edir:

 

Udi hindi – şəfaları bitməyən bitkidir. O, insan orqanizmini sanki yeniləyir. Udi hindi tropik ölkələrdə, xüsusilə Hindistan və Misirdə yetişdirilən ağac növüdür. 20-25 metr hündürlüyündə olan udi hindi çiçəklərinə budaqların uclarında sarı və ya qırmızımtıl salxımlar şəklində rast gəlinir. Onun yarpaqlarından yem kimi istifadə oluna bilər, həm də onu qaynadıb içmək olar və bu sudan qurd təmizləyici kimi də istifadə olunur.

 

Udi hindi şərbəti resepti:

 

Udi hindi qabıqlarını təmizləyin və bir qazana qoyun.

 

Qabıqların üzərinə1 litr su tökün və bir gecə saxlayın.

 

Ertəsi gün qazana adaçayı, bal, şəkər tozu, zəncəfil, darçın çubuqları, mixək və cökə qoyub qaynatmağa başlayın.

 

Qarışım 1 saat vam odda qaynadıqdan sonra ocaqdan götürüb soyumağa qoyun.

 

Şərbətin qırıntıları dibə çökəndə onu süzün və soyuducuya qoyun. Daha sonra bu şərbəti sahurda içə bilərsiniz.

 

Udi hindi ən güclü antibiotik, antiseptikdir. Bədəndə olan iltihabı və infeksiyaları aradan qaldırmağa kömək edir.

 

Dəridə yanıq, kəsik kimi zədələr, həşərat sancmaları, ekzema kimi dəri xəstəliklərinin müalicəsində müsbət təsir edir.

 

Boğaz ağrısı üçün faydalıdır. Antioksidant mənbəyi olduğu üçün bədəni toksinlərdən təmizləyərək xərçəng hüceyrələri ilə mübarizə aparır.

 

Qanı təmizləməklə ürək-damar sağlamlığını da qoruyur.

 

Mədə ağrısı üçün faydalıdır.

 

Öd və böyrək daşlarını əridir.

 

Qrip və soyuqlama kimi mövsümi xəstəliklərdə müalicə müddətini sürətləndirir.

 

Burun tutulmasına faydalıdır və tənəffüs yollarını açır. Stressi azaldır və yorğunluğu aradan qaldırır.

 

Ən başlıcası, immunitet sistemini gücləndirən və bədən enerjisini artıran xüsusiyyətə malikdir.

Tacxeber.com

Oxşar xəbərlər