Qohumları Əhməddən belə qisas alır – Yalnız bir nəfər…
Əhməd adı yəqin ki, hələ də hamının qulaqlarını cingildədir. Bəli, söhbət ailəsinin ölümünə bais olan şəxsdən gedir. Bir müddət əvvəl baş verən Əhmədovlar ailəsinin qətli bütün ölkəni təşvişə salmışdı. Onları qətlə yetirən şəxsin dost-doğma oğulları olması isə cəmiyyətdə böyük əks-səda doğurmuşdu. Həmin şəxs hazırda həbsxanadadır. Dövlətin ona təyin etdiyi vəkildən savayı Əhmədlə heç kim maraqlanmır. Doğmaları onu təkliklə cəzalandırır. Bəs hazırkı stiuasiyada bu münasibət nə dərəcədə normaldır və Əhmədə necə təsir edir?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova “Yeni Sabah”a açıqlama verib. Qeyd edib ki, bu halda qohumlarının ondan rahatlıqla üz döndərməsi təbiidir:
“Bu hadisəni unutmaq istəsək də, unuda bilmirik. Hələ də, o barədə müraciət edən şəxslər mövcuddur. Valideynlərini amansızcasına qətlə yetirən insana bu cür münasibətin olması normaldır. Təbiidir ki, ona heç bir qohum yaxın durmayacaq. 5 insanın ölümündən bais olan şəxsə ömürlük həbs verilir. Bütün həyatı boyunca o, azadlıqdan məhrum ediləcək. Bəlkə də, qohumlar bu səbəbdən Əhməddən rahatlıqla üz döndərəcək. Xəstəliyi təsdiq olunarsa, deyəcəklər, xəstədir, xəstəxanada tibbi müalicəsini alsın, ona cavabdeh deyilik”.
Ekspert Əhmədə olan davranışın ona lazım olan cavab olduğunu vurğulayıb:
“Çox güman Əhməd ömürlük həbsdə qalacaq. Bu baxımdan qohumların onun yanına getməyi doğru olmayacaqdır. Vaxtında ona müdaxilə edilsə və kimsə onu başa salsa idi, faciə yaşanmazdı. Ancaq indiki vəziyyətdə qohumları qınamaq olmaz. Öz doğmasını bütün fəryadlarına rəğmən amansızca qətlə yetirən adama qohumları necə etibar edib, görüşə getsin? Yaxud onu kim və necə evinə çağıra bilər? Bu halda Əhmədə qarşı olan hazırkı münasibətin adı təklənmə deyil. Bu sadəcə öz davranışının lazım olan cavabıdır”.