Rusiyaya hücumlar: Bu hələ başlanğıcdır – Danilov
Rusiyada ötəngünkü “reyd”lərə bənzər insidentlər daha çox olacaq.
Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov deyib.
“Rusiya vətəndaşlarının öz ərazilərində olmaq, seçim etmək hüququ var, bu, onların şəxsi hüququdur. Digər tərəfdən, indi orada totalitar sekta mövcuddur, bu da heç kimə rahatlıq vermir. Onlar isə başqa bir ölkənin olması, azadlıq üçün mübarizə aparırlar”, – deyə Danilov bildirib.
Danilov əlavə edib ki, Putin Ukrayna savaşının başlatması ilə Rusiyanın dağılmasına təkan verib.