“Aİ Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir” – Zatulin
Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Avropa İttifaqı ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi ilə bağlı Aİ-nin qətnaməsini şərh edib.
Tacxeber.com-ın məlumatına görə, o bildirib ki, bu, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünə və bu ittifaq çərçivəsində Ermənistanın iştirakı ilə bağlanmış sazişlərə yenidən baxılmasını tələb edir.
Zatulinin sözlərinə görə, Avropa İttifaqı Ermənistan hakimiyyətinin rusofob davranışından istifadə edir.