• 22 Noyabr 2024 12:19

Bakı restoranlarında iftar menyusu – QİYMƏTLƏR – SİYAHI

Ramazan ayının başlaması ilə artıq bir sıra restoranlar iftar münyusu hazırlayıb.

 

Tacxeber.com xəbər verir ki, qiymətlər menyuya daxil edilən yeməklərin sayından, yeməyin tərkibində toyuq və ya mal əti olmasından asılı olaraq dəyişir.

 

Tacxeber.com bir sıra restoranlarda iftar menyularının qiymətləri ilə maraqlanıb:

 

“Mado”: İmsak vaxtı açıq bufet təşkil olunub. Bir nəfər üçün qiymət 20.90 AZN təşkil edir. İftar menyusu da bir nəfər üçün toyuqlu 15.50 AZN, ətli 19.50 AZN-dir.

“Firuzə” restoranda iftar menyusu 1 nəfər 21 manat, “Pizza In”də isə adambaşına 24 manat düşür.

“Cookmood”: Yeməyin toyuqlu və ya ətli olmasından asılı olaraq 1 nəfər üçün qiymət 19-32 manat aralığındadır.

“Coffeemania”: Bir nəfər üçün toyuq ətli yeməklərdə menyu 25, mal ətli yeməklərdə isə 29 manat təşkil edir. Su və çay limitsizdir.

“Tavada”: Açıq bufet iftar menyusu 1 nəfər üçün 26 manatdır.

“Özsüt”: İmsak menyusu açıq bufet bir nəfər üçün 20 manat (imsak menyusu bütün filiallarda yoxdur), iftar menyusu 1 nəfər üçün 29-33-35 manat aralığında dəyişir.

“Kebab mood”: 2 nəfərlik iftar menyusu 60 manat, 4 və 6 nəfərlik 130 və 170 manatdır.

“Metropol 145”: 2 nəfərlik iftar menyusu 35 manat təşkil edir.

“Dinehall”da 1 nəfərlik iftar menyusu 37 manat, “Central Baku”da imsak menyu açıq bufet 22 AZN, iftar menyu açıq bufet 38 AZN-dir.

“Ruby 360”da 2 nəfərlik iftar yeməyi 90 manat, 4 nəfərlik isə 185 manatdır.

“Manzara Baku”da 1 nəfər üçün iftar yeməyi 75 manata başa gəlir.

 

Maraqlandığımız restoranlar arasında adambaşına düşən qiymətə görə, ən bahalı iftar menyusu “Günaydın Baku” restoranındadır Belə ki, menyu yalnz 1 çeşiddir və 1 nəfərlik qiymət 90 manat təşkil edir.

 

Onu da qeyd edək ki, əksər restoranlarda tələbat az olduğundan imsak menyuları yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər