• 22 Noyabr 2024 06:38

“Bir-iki günlük münasibətə görə ailəmi dağıtmaram”

“Əgər həyat yoldaşı xanımından soyuyubsa, bezibsə, artıq onu sevmirsə, xoşbəxt edə bilmirsə, kənarda başqa bir qadını sevirsə, onu hər zaman düşünür, onunla xoşbəxtdir və onunla ailə qurmaq istəyirsə, o zaman ona heç bir şey demək olmaz. O zaman o kişini buraxmaq lazımdır getsin”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə “Xəbərin var?” proqramında deyib. Sənətçi “xəyanətə görə ailəmi dağıtmaram” sözlərinə görə onu tənqid edənlərə cavab verib:

 

“Xəyanət deyəndə başqa şeyləri nəzərdə tuturam. Əgər bilsəm ki, həyat yoldaşımın həyatında başqa bir qadın varsa, onu sevirsə, onunla nəfəs alırsa, o zaman deyərəm, get. Mən özümü niyə bədbəxt edim, aşağı səviyyəyə qoyum? Deyərəm ki, o sevdiyin qadınla get, xoşbəxt ol. Xəyanətlə bağlı açıqlamamdan sonra nə qədər insan sosial şəbəkədə mənə yazdı, gözəl mesajlar aldım. Əksəriyyəti yazmışdı ki, siz düz deyirsiniz, xəyanətə görə ailəni dağıtmaq olmaz. Bunu isə tək uşaqlara görə yox, elə özünə görə də etməməlisən. Demək istəyirəm ki, əgər bir kişinin həyatında başqa bir qadın varsa və onu sevirsə, çıxsın getsin, qapı açıqdır. Şəxsən mən bir-iki saatlıq və günlük mesajlara, münasibətlərə görə ailəmi dağıtmaram”.

 

Qeyd edək ki, Xuraman ailəlidir və bir övladı var.

Tacxeber.com

Oxşar xəbərlər