Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı yeni qərar
“Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti uzadılıb.
Tacxeber.com xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha 2 ay 29 gün uzadılıb.
Qeyd edək ki, ötən il noyabrın 20-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Ü.Həsənli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.