• 22 Noyabr 2024 07:58

“TikTok”u satmaq tələbi soyğunçuluqdur – Çin XİN

ABŞ Konqresinin “TikTokla bağlı hərəkətləri açıq-aşkar soyğunçuluqdur.

 

Tacxeber.com xəbər verir ki, bunu Çin XİN-in sözçüsü Van Venbin deyib.

 

Onun sözlərinə görə, Amerika tərəfi ədalətli rəqabət prinsiplərinə və beynəlxalq ticarət qaydalarına zidd hərəkət edir.

 

Venbin Birləşmiş Ştatların “TikTok”-un milli təhlükəsizliyə təhdid yaratdığına dair heç vaxt sübuta sahib olmadığını” açıqlayıb.

 

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası “TikTok”-a mümkün qadağanı dəstəkləyib. Qanunvericilər ByteDance operatoruna bu sosial şəbəkəni satmaq üçün 6 ay vaxt verib. Bundan sonra təşəbbüs baxılmaq üçün Senata göndəriləcək.

 

Amerika prezidenti Co Bayden daha əvvəl müvafiq qanun layihəsini imzalamağa hazır olduğunu açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər