• 21 Sentyabr 2024 21:56

“Kiyevin Rusiyaya zərbələri cəzasız qalmayacaq” – Putin

“Rusiya ərazisinə endirilən zərbələrin məqsədi seçkiləri pozmaq cəhdidir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

 

O bildirib ki, Belqorod istiqamətində dörd, Kursk istiqamətində isə bir hücumun qarşısı alınıb.

 

“Bildiyiniz kimi, bu gün ölkəmizdə Rusiya Konstitusiyasına uyğun olaraq prezident seçkiləri keçirilir. Kiyev rejimi səsvermə prosesini pozmaq, Ukrayna ilə həmsərhəd bölgələrdə insanları qorxutmaq üçün bir sıra silahlı aksiyalar hazırlayıb və həyata keçirməyə çalışır”, – deyə Putin bildirib.

 

Prezidentin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemləri hücumların 95%-nin qarşısını alıb.

 

“Kiyevin Rusiyaya zərbələri cəzasız qalmayacaq”, – deyə Putin əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər