• 26 Noyabr 2024 01:55

Oruc tutanlar bunu etməsələr, qorxunc xəstəliklərə tutula bilərlər – XƏBƏRDARLIQ

Oruc tutmaqla il ərzində fasiləsiz işləyən orqanlara dinclik vermiş oluruq. İnsan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi bu müddət keçəndən sonra həzm edir. Növbəti mərhələdə bədən erhtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdəki qlükozaya yönəldir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı yağlardır. Bəs oruc sağlamlığa necə təsir edir? Yenisabah.az xəbər verir ki, bu barədə terapevt Emin Məmmədov “Xəbərin olsun” verilişinə açıqlamasında məlumat verib:

 

“İnsan 8-12 saat və daha çox aralıqla qidalandıqda orqanizmdə yenilənmə prosesi gedir. Xüsusilə mədəaltı vəz orqanının sürətli bərpası aparılır. Zərərli vərdişlərdən uzaqlaşdığı üçün qaraciyər, mədəaltı vəz, mədə-bağırsaq sistemində yenilənmə və bərpa prosesi həyata keçir”.

 

Orucun 3-cü və 7-ci gününə diqqət etmək lazımdır. Bugünlərdə bədən aclığa alışmağa başlayır, yağı parçalayıb qanda şəkərə çevirir. Balanslı olmaq şərti ilə protein, duz və su kimi qidaların qəbulu da vacibdir. Su az içildiyi üçün tərləmə sürətlənir və maye itkisi artır. İftar və imsak müddətində karbohidrat və faydalı yağların qəbulu bədənin enerjili olması üçün vacibdir.

 

Ekspert bildirib ki, orucun 15-ci günündən sonra isə bağırsaq, böyrək və dəridəki toksinlər təmizlənməyə başlayır. Bu dövrdə orqanların funksiyasını yerinə yetirmə gücü maksimuma yaxınlaşır. Yaddaş və konsantrasiya yenidən güclənir:

 

“Oruc tutan insan qəfil gündə 3-4 dəfə yemək yeməyə başlasa, təbii ki, bu insanlarda mədə, mədəaltı vəz, həzm sistemi orqanlarında və yaxud da diabetli, təzyiq xəstəsi olan pasientlərdə ciddi kliniki əlamətlər meydana çıxacaq. Belə olduqda təzyiqin yüksəlməsi və kəskin düşməsi halları, kəskin mədə ağrıları, ishal halları və digər əlamətlər özünü büruzə verə bilər. Qidalanma prosesinə mərhələli formada və asta-asta keçmək tövsiyə edilir. Üstəlik, orucluq müddətini başa vurduqdan sonra qeyri-sağlam qidalanmaq çəki artımına da gətirib-çıxara bilər”.

Tacxeber.com

Oxşar xəbərlər