• 24 Noyabr 2024 07:14

Keyfiyyətli yuxu üçün nə etməliyik?

“Eyni vaxtda yuxuya getmək və oyanmaq yuxunun keyfiyyətində ən vacib amildir”.

 

Bunu London Kral Kollecinin yuxu fizioloqu Qay Medouz deyib.

 

Medouz səkkiz saat müntəzəm yuxuya can atmağın pis bir şey olmadığını qeyd edib.

 

Melburndakı Monaş Universiteti, Harvard Tibb Məktəbi və Mançester Universitetinin alimlərinin araşdırmalarına görə, yuxunun keyfiyyətini təmin etmək üçün gecənin istirahət rejimi daha vacibdir.

 

Alimlər 60 min iştirakçının yuxu rejimini öyrəndikdən sonra müəyyən ediblər ki, müntəzəm olaraq eyni vaxtda yuxuya gedən və oyanan insanların bütün səbəblərdən ölüm riski 48 faiz azalıb. Həmçinin, ciddi gecə istirahət cədvəli ardiometabolik xəstəliklər (məsələn, insult və miokard infarktı) səbəbindən vaxtından əvvəl ölüm ehtimalını 22-57 faiz azaltmağa kömək edir. Bununla belə, ümumi yuxu müddətinin uzun olmasının sağlamlıq üçün anoloji fayda vermədiyi qeyd olunub.

 

Medouz qeyd edib ki, yuxuya getmək və ya oyanmaq üçün doğru vaxt bir saat çərçivəsində dəyişə bilər. Bu o deməkdir ki, 7:00-10:00 arasında oyanmaq deyil, 7:00-8:00 arasında oyanmaq müntəzəm sayılır.

Tacxeber.com

Oxşar xəbərlər