Qızını erməniyə ərə verən Ağadadaş Kərimov diaspor rəhbərini tutdurdu.
Moskvanın Oçakovo-Matveyevskoe rayonunda Azərbaycanlıların Milli-Mədəni Muxtariyyati ictimai təşkilatının sədr müavini Raqub Bayramov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə bakupost.az-a Moskvadakı diaspor nümayəndələri məlumat verib.
Xəbərə görə, Raqub Bayramov Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli-Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin keçmiş sədri Ağadadaş Kərimovun şikayəti əsasında məhkəmə qarşısına çıxarılıb.
Buna onların arasındakı köhnə ədavətin səbəb olduğu bildirilir. Qeyd olunur ki, vaxtilə Ağadadaş Kərimov yaxın ətrafı ilə birlikdə Moskvada Nar bayramı təşkil edib. Lakin Rusiya paytaxtındakı əksər diaspor üzvləri, o cümlədən jurnalist Fuad Abbasov və Raqub Bayramov qrantla maliyyələşdirilən həmin tədbirə dəvət olunmayıblar.
Diaspor təmsilçilərinin bildirdiyinə görə, Ağadadaş Kərimovun məqsədi tədbiri dar çərçivədə keçirərək ayrılan maliyyəni mənimsəmək olub. Tədbirə dəvət olunmayan vənarazı qalan diaspor nümayəndələri Ağadadaş Kərimovun ofisinə gedərək, hadisəni aydınlaşdırmağa cəhd ediblər. Bu zaman mübahisə yaranıb və dava düşüb.