• 22 Sentyabr 2024 01:29

Roza: “Nazpəriyə yazıblar ki, sən niyə Zöhrə Abdullayeva kimi ölmürsən?” – VİDEO 

Müğənni Roza Zərgərli Xalq artisti Nazpəri Dostəliyevanın imic dəyişimini tənqid edənlərə sərt şəkildə reaksiya bildirib.

Tacxeber.com xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

Roza bildirib ki, izləyicilər Nazpəriyə xoşagəlməz sözlər yazaraq ona qarğış ediblər: 

“Mənim stilistim Babək Nazpərini klipi üçün bəzədikdən sonra onun görüntülərini sosial şəbəkə hesabında paylaşıb. Saytlar isə həmin görüntüləri götürüb, xəbər yazıblar. Sosial şəbəkə izləyiciləri isə Nazpəriyə yazıblar ki, “Səni niyə Zöhrə Abdullayeva kimi ölmürsən?
Axı niyə ölsün? Belə şeylər yazanın dediyi sözlər elə öz başına gəlsin. Nazpəri xanım onsuz da əziyyətli bir yol keçib. O, doğmalarını itirib və zülmlə ayağa qalxıb. Nazpəri xanım sənət fədaisidir. O özünü yenidən sənətə qaytarır, siz isə onu aşağılayırsınız”.

Tacxeber.com

Oxşar xəbərlər