ABŞ Kiyevə göndərilən yardımları izləmək üçün internet saytı açdı
Vaşinqton Ukraynaya silah tədarükü ilə bağlı tənqidlərin artması fonunda Kiyevə yardım haqqında məlumatların yer aldığı internet saytı açıb.
Tacxeber.com xəbər verir ki, sayt ABŞ-ın Ukraynaya iqtisadi və humanitar yardımından da bəhs edir. Saytda Ukraynaya Nəzarət üzrə İdarələrarası İşçi Qrupu kimi tanınan ABŞ-ın 20 müşahidə agentliyinin işi haqqında məlumat yer alır.