• 24 Noyabr 2024 21:32

Günəş küləyinin sürətinin artacağı gözlənilir – ETSN

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Rəsədxanadan Axar.az-a verilən məlumata görə, Günəş fəallığı orta səviyyədə olub, 10 santimetr dalğa uzunluğunda radioalışmalar baş verib. Bir neçə tac kütlə atılması (TKA) qeydə alınıb. Günəşin səthində 86 ləkə və böyük tac dəliyi müşahidə edilir. Günəş küləyinin maksimal sürəti saniyədə 658 kilometrədək artıb. Hazırda Günəş küləyinin sürəti normaldır (295 km/san). Radiasiya (proton) qasırğası baş verib, geomaqnit qasırğası baş verməyib. Hazırda kosmik hava sakitdir.

 

Günəş küləyinin sürətinin martın 20-də artacağı gözlənilir.

 

TKA-nın təsirilə martın 20-də G1 (zəif) geomaqnit qasırğasının baş verməsi ehtimalı var. Həmçinin tac dəliyindən çıxan yüksəksürətli zərrəciklər selinin martın 24-də Yerə təsiri gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər