• 26 Noyabr 2024 03:29

Rövnəq erası bitir, Rövşən erası başlayır.  Yenə də Qurbanovdan istifadə edirlər.

AFFA-yeni tərkibi haqda mətbuatda məlumatlar dolaşır. Belə ki bu tərkibdə Qurban Qurbanovun da yer aldığı yazılır.

 

Əgər məlumat doğrudursa tərkib aşağıdakı kimi formalaşacaq.

İK-da olacaq 13 nəfər:

Rövşən Nəcəf (gələcək AFFA prezidenti, SOCAR-ın prezidenti)

Elşad Nəsirov (köhnə komandadan qalan SOCAR-ın vitse-prezidenti)

Könül Mehtiyeva (AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, köhnə komandadan qalıb)

Səməd Qurbanov (veteran futbolçu)

Maqsud Adıgözəlov (“Sabah”ın prezidenti),

Balakişi Qasımov (İTV-nin baş direktoru),

 Fərid Mansurov (köhnə komandadan qalıb),

Ülvi Mansurov (Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, bəstəkar Eldar Mansurovun oğlu), Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi)

13-cü şəxs Təhsil Nazirliyindən olacaq.

 

Əgər məlumat doğrudursa zaman gələcək biz  keçmiş heyyətə şükur edəcəyik. Çünki tərkibdə kosmetik dəyişiklik heç cürə keyfiyyətli nəticəyə səbəb ola bilməz.

Belə ki, SOCAR rəhbəri Rövsən Nəcəfin AFFA Pprezidenti olacağı yazılıb. Xatırladım ki, adam Neftçi klubunun rəhbəridir. Neftçinin vəziyyətinin necəliyi göz önündədir. Futbol sahəsində hansı uğuruna görə prezident “seçmək istəyirlər Rövşəni  anlamıram.

SOCARın vitse prezidenti Elsad Nəsirov AFFAda Rövnəq, Elxan, Elsad şəriklərindən biridir. Daha doğrusu futbola ayrılan pulların ciblərə sovrulmasında iştirak edən 3 şərikdən biridir. Adam (öz maraqları naminə, böyük ehtimalla maddi marağı var bu işdə) milliyə xarici məşqçinin dəvət edilməsinin bərk tərəfdarıdır.

 

Güləşçi Fərid Mansurov, Könül Mehtiyeva köhnə heyyətdən qalmalardır, lal və kar üzvülərdir. Rəhbərlik nə desə ona da əl qaldıracaq insanlardır. Böyük ehtimalla məhz bu səbəbdən adamları orada saxlayırlar.

 

Qurbanın isə ora dəvət etmələri görüntü xatirinə atılan addımdır. Qurbanın hazırda böyük reytinqi var, bununla da adamlar sanki bir messaj verirlər ki, bəli biz futbolumuzun yükünü dartan lokomativə də yanımızda yer vermişik. Bununla da sağlam kollektiv görüntüsü yaratmaq istəyirlər.

 

İtv rəhbəri Balaş Qaşımovun və Maqsud Adıgözəlovun təyinatı baqda pis nəsə yazmaq olmur. Adamlar kifayət qədər futbolun içində olan biriləridirlər.

Digər yeni şəxslər haqda söz deməyə çətinlik çəkirəm. Beləliklə yaranan vəziyyəti ümumi təhlil etdikdə belə nəticəyə gəlmək olur ki, futbolu və idarəetməni bilən az adam yeni tərkibdə yer alacaq. Bu da köklü dəyikliklərə gətirib çıxarda bilməyəcək .

Yəni Rövnəq erası bitir, Rövşən erası başlayır.

 

Vüqar Məmmədağayev

Tacxeber.com

Oxşar xəbərlər