• 21 Sentyabr 2024 15:02

Türk şirkətləri NATO-nun Avropadakı ən böyük bazasını tikəcək – KİV

Türk şirkətləri Avropanın ən böyük NATO hərbi bazasının Rumıniyada inşasında iştirak edəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb.

Bildirilir ki, tərəflər hazırda danışıqlar aparır:

“NATO Rumıniyada Avropanın ən böyük hərbi bazasının tikintisinə başlayıb. Tikintidə türk şirkətlərinin də iştirak edəcəyi gözlənilir”.

Qeyd edilir ki, türkiyəli iş adamları son vaxtlar Rumıniyaya tez-tez səfər edirlər.

Nəşrin məlumatına görə, Ankara yeni bazanın tikintisi üçün Rumıniyaya dəmir, polad, mis və sement tədarük edəcək.

Xatırladaq ki, NATO-nun Avropadakı ən böyük hərbi bazası Rumıniya ərazisində tikilir. Nəhəng hərbi kompleksin sahəsi 2,8 min hektar olacaq və yeni obyektləri əhatə edəcək.

Tacxeber.com

Oxşar xəbərlər