• 24 Noyabr 2024 02:22

“Dedi ki, saxlanıldığı kamerada istilik sistemi partlayıb, suyun içərisindədir”

“Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, şikayət təmin olunmayıb.

E. Sadıqov həmçinin qeyd edib ki, S. Vaqifqızı saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır:

“Dedi ki, saxlanıldığı kamerada vəziyyət acınacaqlıdır. İstilik demək olar ki, yoxdur. Kameradakı istilik sistemi partlayıb, kamera suyun içərisindədir”.

 

Qeyd edək ki, ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər