Onkoloqdan xəbərdarlıq: bu qida bağırsaq xərçəngi riskini 40% artırır!
Qazi Universitetinin professoru Dr. Uğur Coşkun kolerektal xərçəngə tutulmaq riskini artıran vərdişlərdən danışıb.
Tacxeber.com medicina.az istinadən xəbər verir ki, onkoloq ABŞ-da aparılan bir araşdırmanın bağırsaq xərçəngi riskini çox miqdarda qırmızı ət və işlənmiş ət məhsulları ilə əlaqələndirdiyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, həddən artıq qırmızı ət istehlak edənlərdə bağırsaq xərçəngi riskinin 30 faiz; sosis, kolbasa kimi işlənmiş ət məhsulları yeyənlərdə isə 40 faizdən çox olduğu təsbit edilib.
Qərb tərzi qidalanma vərdişlərinin bağırsaq xərçəngi riskini artıran ən əhəmiyyətli faktorlardan biri olduğunu deyən Uğur Coşkun əlavə edib ki, “Cancer Epidemiology, Biomarkers, Prevention” jurnalında dərc olunan araşdırmada qırmızı ət və işlənmiş qidaların niyə hər kəsdə bağırsaq xərçənginə səbəb olmadığı sualına da aydınlıq gətirilib.