Paşinyan əlində xəritə ölkəni buna görə gəzir
Burada əsas məsələ Ermənistan əhalisini hazırlamaqdır. Həm də insanların reaksiyasını ölçməkdir. Paşinyan bundan öncə də dörd kənd, 29 min kv.km ərazi məsələsini gündəmə gətirmişdi. İndi də bu şəkildə əlində Ermənistan xəritəsini tutmaqla əhalini Ermənistanın əsl xəritəsinə alışdırır.
Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Paşinyanın son zamanlar əlindən düşməyən Ermənistanın xəritəsinin hansı siyasi mesaj daşıdığını şərh edərkən deyib.
Onun sözlərinə görə, Paşinyanın bu addımı daxili auditoriya üçün hesablanıb:
“Paşinyanın Tavuş bölgəsinə olan səfərində, parlamentdə əlində bu xəritəni tutub, əyani şəkildə göstərməsi ona hesablanıb ki, o, həmin ərazilərin Azərbaycana aid olduğunu demək istəyir. Bu ərazilər qaytarılmalıdır. Artıq bununla bağlı Ermənistan cəmiyyətində müzakirələr gedir. Aydın məsələdir ki, onlar yenə bunun əleyhinədilər, Paşinyanı xəyanətdə ittiham edirlər, kəndlərin qaytarılmasının yaşayış tərzlərinə mənfi təsir edəcəklərini bildirirlər. Lakin Paşinyan faktiki olaraq ortaya qoydu ki, beynəlxalq sərhədlərə görə, bu ərazi Ermənistanın deyil və Azərbaycana məxsusdur. Odur ki, Ermənistan əhalisi də Paşinyanın əlində tutduğu bu xəritə ilə razılaşmalı olacaq. İndi də dörd kənd məsələsini gündəmə gətirib, əhalinin reaksiyasını öyrənir. Paşinyan əhalinin narazı olduğunu bilir və prosesləri yumşaq formada aparmaq istəyir. Anklavlar məsələsini anklav olmayan kəndlərdən ayırıb, ayrıca həll etmək fikrindədir”.
Politoloq qeyd edib ki, anklavların da gündəmə gətiriləcəyi qaçılmazdır, lakin indiki mərhələdə dörd kəndin qaytarılması daha çox müzakirə olunur: