Məhkəmə Navalnının anasının iddiasını rədd etdi
Rusiyanın Labıtnangi şəhər məhkəməsi Aleksey Navalnıya lazımi tibbi yardım göstərilmədiyinə görə koloniyaya və Federal Penitensiar Xidmətin rəhbərliyinə qarşı inzibati iddia üzrə icraatı dayandırıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondunun direktoru İvan Jdanov məlumat yayıb.
Bildirilir ki, iddia ilə mərhum siyasətçinin anası Lyudmila Navalnaya çıxış edib. Jdanov qeyd edib ki, məhkəmə işdə yalnız Navalnının özünün iddiaçı ola biləcəyi qərarına gəlib: