“Neuralink” çipi olan ilk insan düşüncə gücü ilə onlayn şahmat oynayır – Video
İlon Maskın “Neuralink” şirkəti layihənin çipini beyninə yerləşdirən ilk xəstənin onlayn şahmat oynadığını göstərib.
Tacxeber.com xəbər verir ki, video Maska məxsus olan “X” sosial şəbəkəsində yayımlanıb.
Görüntülərdə yanvarın sonunda “Neuralink”in çipini beyninə implantasiya etdiyi ilk şəxs 29 yaşlı Nolan Arbo var. Arbo təxminən səkkiz il əvvəl baş vermiş qəzadan sonra çiyinlərinin altında heç nə hiss etmədiyini bildirib.
Onun sözlərinə görə, “Neuralink” çipinin implantasiyası əməliyyatı problemsiz keçib:
“Bir gün sonra xəstəxanadan çıxdım. Məndə heç bir koqnitiv qüsur yaranmadı”.
Yayım zamanı şirkət noutbukda şahmat oynayan pasiyenti kursorla lövhənin ətrafında fiqurları hərəkət etdirdiyini nümayiş etdirib. Arbo qəzadan sonra oynamağı dayandırdığı şahmat və “Civilization VI” video oyunundan həzz aldığını deyib:
“Siz [Neuralink] mənə bunu yenidən etmək imkanı verdiniz və mən ardıcıl səkkiz saat oyun oynadım”.