“Sibir” Batalyonu Kremlə savaş açdı – “Hədəf hakimiyyəti devirməkdir”
Bu yaxınlarda Rusiya ərazisinə basqın edən “Rusiya Könüllüləri” Korpusu, “Rusiyanın Azadlığı” Legionu və “Sibir” Batalyonunun başlıca məqsədi mövcud hakimiyyəti devirməkdir.
Bunu Ukrayna ordusunun Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov deyib.
“Konkret olaraq bu əməliyyatlardan danışsaq, davam edir. Artıq bu məsələ ilə bağlı tez-tez açıqlamalar verən rusiyalı təbliğatçıların isteriyası, Putinə bənzəyən şəxsin, Kremlin rəsmi ruporu – Peskovun isterikası bunun əyani təsdiqidir”, – kəşfiyyatçı bildirib.
Yusov həmçinin əlavə edib ki, qiyamçıların Rusiya ərazisindəki reydləri uğurlu olub:
“Artıq bir sıra məqsədlərə nail olunub: 600-dən çox işğalçı məhv edilib, yüzlərləsi də yaralanıb. Çoxlu texnika sırdan çıxarılıb. Ən əsası əməliyyatın davam etməsidir”.