• 24 Noyabr 2024 16:02

NATO Rusiyaya ilə müharibəyə girəcəyini AÇIQLADI: “Bəli, hazırıq”

“NATO ölkələri Rusiya ilə birbaşa potensial toqquşmaya hazırdır”.

 

Tacxeber.com xəbər verir ki, bunu NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer deyib.

 

Onun sözlərinə görə, Alyans təhlükəsizliklə bağlı vəziyyətdəki dəyişikliyi hələ 2014-cü ildə, Krımın Rusiya tərəfindən işğalından sonra anlayıb.

 

O bildirib ki, belə bir ssenariyə hazır olmaq Alyansın əsas vəzifəsidir: “Məsələ ondadır ki, qarşı tərəfin nə vaxt nə edəcəyini bilmirik. Ona görə də hazır olmalıyıq. Bu gün müharibə başlayarsa, biz əlimizdəki imkanlarla mübarizə aparmalı olacağıq. İndi biz hamımız başa düşürük ki, kollektiv təhlükəsizliyə qayıdış kontekstində vaxt bizim tərəfimizdə deyil”.

 

NATO rəsmisi Alyansın xüsusilə şərq sərhədlərini gücləndirdiyini diqqətə çatdırıb: “Rusiyanın müxtəlif yerlərdə, o cümlədən kosmosdakı hərəkətlərini diqqətlə izləyirik. Lazım gələndə də reaksiya veriləcək. Biz görürük ki, Rusiya əhəmiyyətli miqdarda silah istehsal etmək imkanına malikdir, lakin müharibə başlayandan bəri onun keyfiyyəti durmadan aşağı düşür. Müəyyən planları var, amma müharibə aparırlar, ona görə də onlara çox vaxt lazımdır. Onlar üçün asan olmayacaq”.

 

 

Bauer qeyd edib ki, müasir müharibənin kiberməkanda və ya kosmosda hücumlar kimi başqa ölçüləri də var. Rusiyanın Arktika, Atlantik okeanının qərbi, Afrika, Aralıq dənizi, Qara dənizdə təsir imkanları mövcuddur. Onun sözlərinə görə, yalnız şərq cinahına diqqət yetirmək səhvdir, çünki ruslar təkcə orada deyil. NATO daim onların hərəkətlərini izləyir və lazım gələrsə, müvafiq cavab veriləcək”.

Tacxeber.com

Oxşar xəbərlər