Nüsretin restoranına silahlı hücum olub
Dünyaca məşhur restoranlar şəbəkəsinin sahibi, türkiyəli Nüsret Gökçenin restoranına silahlı hücum olub.
Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbulun Beşiktaş səmtində yerləşən restorana doğru atəş açılıb. Motosikletlə gələn iki nəfər məkana silahlı hücum edib və qaçıb.
Hücumda ölən və yaralanan olmayıb.
Hadisə yerində aparılan araşdırma nəticəsində ərazidən 11 ədəd boş patron aşkar edilib. İş yerinə zərərin dəydiyi məlum olub.