“Crocus City”də terrorun əsl icraçısı kimdir? – “Putinin siması kimi sirlidir!”
“Moskvada baş vermiş dəhşətli hadisə Putinin siması kimi sirlidir!”
Tacxeber.com xəbər verir ki, bunu iranlı siyasi fəal və jurnalist Əhməd Zeydabadi bildirib.
O, sosial şəbəkə hesabında “Crocus City”də baş vermiş terror aktını təhlil edib:
“Rusiyadakı terror əməliyyatı, bu ölkədəki bir çox hadisələr kimi, müəmmalı və qeyri-şəffafdır. Əslində, Rusiyada siyasət də Vladimir Putinin sirli siması kimi naməlum və birmənalı olmayan rəngə malikdir.
Ona görə də Moskvadakı terror əməliyyatına görə məsuliyyət daşıyan əsas şəxs heç vaxt müəyyən edilərək açıqlana bilməz. Hər bir tərəf istədiyi tərəfi əməliyyatın icraçısı kimi təqdim edə bilər.
Rusiya liderləri Moskvadakı qırğında İŞİD-in və onun kimi terror qruplarının rolunu inkar etməyə can atırlar, bunun əvəzinə, məsələni qeyri-müəyyən şəkildə Qəzza müharibəsi və ya Ukrayna hökuməti ilə bağlı siyasətlə əlaqələndirirlər.
Digər tərəfdən, Ukrayna Moskvanın qanlı əməliyyatlarında Rusiya təhlükəsizlik təşkilatlarının izini faş etmək istəyir.