Həbs olunan terrorçu danışdı: “Pula görə bu işi törətmişəm” – ŞOK DETALLAR
Sağ ələ keçən terrorçulardan biri ilkin ifadəsində bu qətliamı 500 min rubl qarşılığında etdiyini bildirib.
Dediyinə görə, anonim şəxs ona teleqram üzərindən yazaraq bu terroru sifariş edib.
Əməliyyatçıların suallarına cavab verən şəxs deyib ki, bir ay əvvəl onun Teleqram kanalına mesaj yazan naməlum şəxslər ona pul təklif edərək belə bir terror aktı törətməsini təklif ediblər və pulun yarısını köçürüblər. Şəxsin dediyinə görə, əməliyyatdan sonra pulun yerdə qalanlarını da köçürəcəkmişlər. O, kartını təqib zamanı meşədə itirdiyini deyib.