Həlak olanların yaxınlarına 3 milyon veriləcək
Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində həlak olanların yaxınlarına 3 milyon (55 500 AZN), yaralananlara isə 1 milyon rubl (18 500 AZN) ödəniləcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “RİA Novosti”yə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O, həmçinin əlavə edib ki, valideynləri terror zamanı ölən uşaqlara aylıq ödənişlər veriləcək.