Namiq Məna oğlunun xəstəliyindən danışdı: “Beynində xoşxassəli şiş…”
Meyxanaçı Namiq Məna oğlu Məna Əliyevin xəstəxanaya yerləşdirilməsindən danışıb.
Tacxeber.com xəbər verir ki, ifaçı bu haqda “Xəzər axşamı” proqramında danışıb. O bildirib ki, Məna burnunda əməliyyat olunub:
“Qorxulu bir şey yoxdur. Nəfəsalma problemi var idi. Ona görə burnundakı çəpər əyriliyini düzəldiblər. 1 saatlıq yüngül əməliyyat edilib. Beynində xoşxassəli şişlə bağlı 1 il əvvəl əməliyyat olunub. Hər şey yaxşıdır”.