• 24 Noyabr 2024 00:12

Qurban Qurbanov AFFA İcraiyyə Komitəsinə qayıdır – 10 yeni üzv

Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.

 

Seçkidə AFFA-ya yeni prezident və qurumun İcraiyyə Komitəsinə üzvlər seçiləcək. AFFA-nın bu gün açıqladığı siyahıda SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin qurumun rəhbəri vəzifəsinə yeganə namizəd olduğu qeyd edilib.

Beləliklə, R.Nəcəf AFFA tarixində 4-cü prezident olacaq. Bundan başqa, qurumun İcraiyyə Komitəsində böyük dəyişiliklər olacaq.

Hazırkı İK üzvlərindən yalnız Elşad Nəsirov, Könül Mehdiyeva və Fərid Mansurov komitədə qalır.

 

Digər 10 üzv – Rövnəq Abdullayev, Elxan Məmmədov, İsgəndər Cavadov, Kazbek Tuayev, Rauf Əliyev, Vaqif Sadıqov, Zaur Axundov, Firudin Qurbanov, Mahir Məmmədov və Elmar Məmmədyarov yeni komitədə yer almayacaqlar.

Rəsmi açıqlanan siyahıya əsasən, İK-yə namizəd göstərilən 13 nəfərdən 10 nəfər komitəyə yeni üzv seçiləcək (alternativ namizədlər yoxdur).

 

Bunlar aşağıda adları qeyd edilən şəxslərdir:

Rövşən Nəcəf (Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən)

 

Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer.

1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən

2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən

3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən

4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən

 

Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer

1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən

 

İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer

1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən

2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən

 

Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən

2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən

 

Qeyd edək ki, yeni siyahıda adı qeyd edilən Zaur Axundov “Silk Way Holding” MMC-nin prezidenti, vaxtilə AZAL futbol klubunun rəhbərlərindən olub. O, AFFA İK-nin hazırkı üzvü və Futzal Federasiyasının prezidenti olan adaşı Zaur Axundovu əvəz edəcək.

Qurban Qurbanov isə ikinci dəfə İK-də təmsil olunacaq. Bundan başqa, AFFA-nın baş katibi Sərxan Hacıyev, İTV-nin baş direktoru və “Sabah” FK-nın Müşahidə Şurasının üzvü Balakişi Qasımov, “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov da namizədlər siyahısındadır.

Əlavə edək ki, ilk dəfə olaraq İcraiyyə Komitəsində 2 qadın da yer alacaq. Əgər əvvələr komitədə yalnız AFFA nümayəndəsi Könül Mehdiyeva təmsil olunurdusa, indi Leyla Xəlilova da komitə üzvü olacaq.

Tacxeber.com

Oxşar xəbərlər