Anar Nağılbazın atası dövlət qurumunu məhkəməyə verdi – Torpaq qalmaqalı
Milli Məclisin birinci və üçüncü çağırış deputatı olmuş Rizvan Cəbiyevlə Əmlak Məsələləri Dövlət Komitəsi arasında torpaq qalmaqalı yaşanır.
Tacxeber Qaynarinfoya istinadən xəbər verir ki, Rizvan Cəbiyev bu qalmaqaldan dolayı məhkəməyə müraciət edib.
O, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi barəsində iddia qaldırıb.
İş hazırda apellyasiya mərhələsindədir. Birinci instansiya məhkəməsi keçmiş deputatın iddiasını təmin etməyib. Rizvan Cəbiyev də apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Pərviz Hüseynovun sədrliyi ilə baxılacaq.