Böyük Çin şirkətləri bazardan niyə çəkildi? (ŞƏRH)
“Çin iqtisadiyyatına qoyulan xarici investisiyaların azalması kreditlərin bahalaşması səbəb olub”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
İqtisadçı bildirib ki, Çin iqtisadiyyatına qoyulan xarici investisiyaların azalmasının əsas səbəbi dünyada cərəyan edən proseslərdir:
“Dünyadakı əsas banklar, federal rezerv sistemi uçot dərəcəsini artırıb. Uçot dərəcələri indi maksimum həddədir, son 30 ilin ən yüksək səviyyəsindədir. Uçot dərəcəsi yüksək olanda isə kreditlər artıq. Kreditlərin bahalaşması ilə isə investisiyalar azalır. Bu proses bütün dünyada gedir. Amma Çində özünü daha qabarıq şəkildə büruzə verir”.