Bu xəstəlikdən əziyyət çəkənlərin DİQQƏTİNƏ! – Təhlükə var…
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnozları Mərkəzi 23-24 mart tarixlərində Yer kürəsini nəzərəçarpacaq geomaqnit qasırğasının bürüməsi ilə bağlı açıqlama verib.
Məlumdur ki, maqnit qasırğaları insanlara mənfi təsir edir. Bəs belə hallarda ən çox hansı şəxslər maqnit qasırğasının təsiri altına düşə bilər və kimlər üçün risk daha çoxdur?
Mövzu ilə bağlı “Yeni Sabah”a açıqlama verən həkim-professor Adil Qeybulla bir sıra məqamlara toxunub:
“Günəş daxilində zaman-zaman müxtəlif partlayışlar olur və güclü elektromaqnit dalğaları Yerə intensivliklə gəlib çatır. Adətən bu dalğaların qarşısını yerin atmosfer təbəqəsi alır.
Lakin həmin dalğaların intensivlik dərəcəsi güclü olan dalğaların Yerə daxil olma ehtimalı daha çoxdur. Zaman-zaman bu cür maqnit qasırğalarının təsirini hiss edirik. Ancaq bu hal o qədər də çox davam etmir. Bu dövr qısa olur və 2 ya da 3 gün daxilində həmin hadisənin təsiri yekunlaşır.
Bəzilərinin isə təsirini ümumiyyətlə hiss etmirik. Günəşdə olan partlayışlar nəticəsində meydana gələn maqnit qasırğaları təkcə Yer kürəsinə deyil, digər planetlərə də müxtəlif dərəcədə təsir göstərə bilir”.
Həkim bu şəxslərə diqqətli olmaları barədə çağırış edib: