• 24 Noyabr 2024 08:26

“Putin 1999-cu ildə prezident olsaydı, Yuqoslaviyanın bombalanmasına icazə verməzdi”

“Vladimir Putin 1999-cu ildə Rusiya prezidenti olsaydı, Şimali Atlantika Alyansının (NATO) Yuqoslaviya Federativ Respublikasını bombalamasına icazə verməzdi”.


Tacxeber.com
 xəbər verir ki, bunu Serbiya lideri Aleksandr Vuçiç “Rossiya-1” telekanalına müsahibəsində deyib.

O, Serbiyanın bu günə qədər Rusiyaya qarşı sanksiyalar tətbiq etmədiyini də vurğulayıb:

“Onlar (NATO – red.) bundan istifadə edib, bizim silahlarımızı məhv etmək üçün bizi bombalamaq üçün bir yol tapıblar. Qlobal səviyyədə heç bir əks tarazlıq olmadığından, o zaman onlara müqavimət göstərə biləcək heç kim yox idi”, – Vuçiç bildirib.

Qeyd edək ki, 24 mart 1999-cu ildə NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı hərbi əməliyyatı başlayıb. Alyansın rəhbərliyi Müttəfiq Qüvvələrin əməliyyatının əsas məqsədini “Kosovoda alban əhalisinin soyqırımının qarşısının alınması” adlandırıb.

NATO-nun məlumatına görə, 78 gün davam edən əməliyyat zamanı alyans ölkələrinin aviasiyası 38 min döyüş uçuşu həyata keçirib, onlardan 10 mindən çoxunun məqsədi zərbələr endirmək olub.

Tacxeber.com

Oxşar xəbərlər