• 23 Noyabr 2024 06:35

“Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi yenilənəcək” – Elxan Şahinoğlu

 Terroru “Əl-Qaida” lideri Üsamə Ben Laden planlaşdırmışdı, o isə keçmişdə Səudiyyə Ərəbistanı vətəndaşı olsa da, Əfqanıstan dağlarında gizlənirdi.

 

Terrorda iştirak edən gənclər isə Almaniya universitetlərində təhsil alan ərəb gənclərdən seçilmişdi. Səudiyyə Ərəbistanının terrorla heç bir əlaqəsi yox idi. Eyni sözləri Moksvada terroru törədənlər barədə demək olar. Terrorçular Tacikistan vətəndaşlarıdır. Tacikistan Rusiyanın müttəfiqi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amerika 11 sentyabr terroruna görə müttəfiqi Səudiyyə Ərəbistanına qarşı hər hansı sanksiya tədbiri görmədiyinə görə, Rusiya da Moskvada törədilən terrora görə Tacikistana qarşı hər hansı tədbir görməyəcək.

 

Tacikistanın terror olayına aidiyyatı yoxdur.

Buna baxmayaraq, Moskvanın siyasi dairələrində iki mövzu gündəmə gətiriləcək.

Birincisi, Rusiya ərazisinə daxil olan Mərkəzi Asiya ölkələrinin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi və ya onların xüsusi qaydada yoxlanılması tələb ediləcək.

İkincisi, başda paytaxt Moskva olmaqla Rusiyanın şəhərlərində çalışan Mərkəzi Asiya vətəndaşlarının bir qisminin deportasiyası tələb ediləcək.

 

Rusiyanın müttəfiq ölkələrin vətəndaşlarına qarşı viza rejiminin tətbiqi Mərkəzi Asiyada mənfi qarşılanacaq və bu münasibətlərə mənfi təsir edəcək. Miqrasiya qaydalarının sərtləşdirilməsi isə Rusiyanın özünə əlavə problemlər yaradacaq. Rusiyanın miqrant işçilərə ehtiyacı var. Bu isə İŞİD və digər terror təşkilatların işinə yarayır. Moskvadakı terror olayı təsdiq etdi ki, terror təşkilatları məhz Rusiyaya keçid üçün viza tələb olunmayan miqrantlar içərisindən tərəfdarları seçir və onları qatilə çevirirlər. Bu olaylardan isə heç bir günahı olmayan, Rusiyada ağır işlərdə çalışaraq aiələlərinə cüzi maliyyə göndərmək məcburiyyətində qalan miqrantlar əziyyət çəkəcəklər.

 

Elxan Şahinoğlu

Taçxeber.com

Oxşar xəbərlər