Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov müvəqqəti işğal olunmuş Krımda ukraynalı hərbçilərin yeni əməliyyatlarını açıqlayıb.
Bu barədə məlumatı Ukrayna mediası yayıb.
“Bəli, belə aksiyalar hazırlanır. Tezliklə mövsüm dəyişəcək, ona görə də davam edəcəyik. Biz Krımı qaytaracağıq”, – Budanov vurğulayıb.