“Crocus”da “Azərbaycan izi” – İkinci üzrxahlıq olacaq?
Solovyov “Krokus Siti Holl”dakı terror aktında “azərbaycanlı izi” axtarmağa başlayıb. Onun Azərbaycana münasibəti və hər fürsətdən istifadə etdiyi bəllidir, lakin indiki məqamda belə iddialar irəli sürməsi “iz azdırmağa” daha çox bənzəyir.
Tacxeber.com xəbər verir ki, bu barədə Asif Nərimanlı qeyd edib.
Terror hücumundan ermənilərin iştirakı haqda fikirlər səsləndirilir, hətta terrorçuların erməni dilində söyüş söydüyü ilə bağlı məlumatlar yayılıb. İstisna deyil ki, erməni şəbəkəsi bu informasiyaları arxa plana keçirmək və diqqəti ermənilərdən yayındırmaq məqsədilə Solovyovdan “azərbaycanlıların hədəf göstərilməsini” istəyib. Bu, həm də erməni şəbəkəsinin Bakı-Moskva xəttində çatların yaranması məqsədilə bütün fürsətlərdən istifadə etməsi planının davam etdirilməsidir.
Bu cür iddialar, “iz” axtarışını siyasi məqsədlərə yönəltmək Rusiyanın özünün də əleyhinədir, çünki həm ictimai rəy üzərində manipulyasiyalar edilir, həm də istintaqın gedişinə təsir edə bilər. Bu baxımdan rəsmi Moskva məsələyə müdaxilə etməlidir.