• 25 Noyabr 2024 05:35

Moskvada ölən azərbaycanlının anbaan görüntüləri: qaça bilərdi, amma… – VİDEO

Rusiya mediası artın 22-də Moskva vilayətində törədilən terror aktı zamanı həlak olanlar arasında olan azərbaycanlının qəhrəmanlığından yazıb.

 

Tacxeber.com “Mash”a istinadən xəbər verir ki, söhbət hava limanında texniki xidmətin rəis müavini çalışmış Vüqar Hüseynovdan gedir.

 

Atışma başlayanda onlar digərləri ilə birlikdə təxliyə edilən zaman bir qrup yaraqlıya rast gəliblər. O, həmin an qorxuya düşən insanları xilas etmək üçün bar masalarından barrikadalar düzəltməyə başlayıb. Bu hadisə dəhşətli hücumun şahidlərindən biri tərəfindən videoya çəkilib – görüntülərdə Vüqar yaşıl gödəkçə geyinib.

 

Dostlarının dediyinə görə, o, qaçıb gizlənə bilərdi, amma “Piknik” konsertinə gələnləri qoyub gedə bilməyib. Bir müddət sonra kişi həyat yoldaşı Lilit İsraelyan ilə birlikdə güllələnib. İkinci mərtəbədən çəkilmiş videoda onların konsert zalının birinci mərtəbəsinin döşəməsində cansız vəziyyətdə uzandıqları görünür.

 

Mərhum Lilit də hava limanında işləyirdi.

 

Oxşar xəbərlər