Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı
Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.
Tacxeber.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri daşıyır.
“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.