• 23 Noyabr 2024 01:57

“Rusiya Ukraynanın hücumlarına görə neft emalı gücünün 7%-ni itirib” – “Reuters”

“Rusiyanın ən azı yeddi neft emalı zavodu 2024-cü ilin birinci rübündə Ukrayna pilotsuz uçan aparatlarının hücumlarına görə neft emalı gücünü azaltdı”.  

 

Bu barədə “Reuters” öz hesablamalarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 7 neft emalı zavodu pilotsuz təyyarələrin hücumları səbəbindən 4,6 milyon ton və ya ümumi neftin 7%-ni emalını dayandırıb:

“Gücü azaldan sonunculardan biri Samara vilayətinin Novokuybışevsk şəhərində yerləşən Kuybışev neft emalı zavodu olub. Martın 23-nə keçən gecə pilotsuz təyyarələr bu zavoda hücum edib. Hücumdan sonra zavod CDU-5 neft emalı qurğusunun fəaliyyətini dayandırıb, buna görə zavodun gücü iki dəfə azalıb. Ukrayna son aylarda Rusiyada və işğal olunmuş ərazilərdə yerləşən bir neçə neft emalı zavodu, terminal və anbar obyektlərinə hücum edib”

 

Britaniya kəşfiyyatından olan mənbə bildirib ki, hücumlar fonunda Rusiya hökuməti artan tələbat fonunda daxili bazarda qiymətləri sabitləşdirmək üçün mart ayından altı ay müddətinə benzin ixracına qadağa qoyub:

“Rusiyanın neft emalı gücü, çox güman ki, Ukraynanın pilotsuz təyyarələrinin Rusiya ərazisindəki neft emalı zavodlarına çoxsaylı zərbələri nəticəsində müvəqqəti olaraq azaldılacaq”.

Tacxeber.com

Oxşar xəbərlər