“Terror aktını kimin törətdiyini bilirik” – Putindən SON DƏQİQƏ açıqlaması
“Krokus”da terror aktını kimin törətdiyini bilirik”.
Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Krokus Siti Holl”da baş vermiş terror aktından sonra görülən tədbirlərə dair müşavirədə deyib.
“Terror aktını radikal islamçılar törədib, lakin Rusiya hələ də islamçıların Moskva yaxınlığındakı terror aktında iştirakı ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirməlidir. Bu, qorxutma aktıdır. Dərhal sual yaranır: bundan kim faydalanır? Bu, yalnız 2014-cü ildən Kiyev rejiminin əli ilə bizimlə döyüşənlərləəlaqəli ola bilər. Nasistlər heç vaxt ən çirkli üsullardan istifadə etməkdən çəkinmirlər. Xüsusilə indi onların əks-hücumları uğursuzluqla nəticələnib”, – deyə Putin qeyd edib.
O bildirib ki, məqsəd Kiyev rejimi üçün hər şeyin əldən getmədiyini göstərməkdir.