Diqqət: Yeni ölümcül infeksiya yayılır
Yaponiyada nadir bakterial infeksiya rekord sürətlə müəmmalı şəkildə yayılır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Japan Tayms” məlumat yayıb.
Bildirilib ki, xəstəliyə ən çox A qrupu streptokoklar adlı bakteriyalar səbəb olur. Həkimlər infeksiyanın yayılmasının qarşısını almaq üçün insanları əllərini yumağa və yaraları yaxşıca təmizləməyə çağırır.
Yaponiya Milli Səhiyyə Xidmətinin məlumatına görə, 2024-cü ilin ilk iki ayında Yaponiyada artıq 378 yoluxma halı qeydə alınıb. STSS-in əksər hallarına daha çox streptokokk A kimi tanınan pioqennik streptokokk səbəb olur ki, bu da əsasən uşaqlarda boğaz ağrısına səbəb ola bilər, lakin bir çox insanlar xəstəliyi ayaqüstü keçirir. Bununla belə, həkimlər bu bakteriyanın çox yoluxucu olduğunu və 30 yaşdan yuxarı şəxslərdə ciddi xəstəliklərə və ölümə səbəb ola biləcəyini, yaşlı insanların isə daha çox risk altında olduğunu bildirir.
A qrupu ştammı hazırda 50 yaşdan aşağı xəstələr arasında daha çox ölümə səbəb olur. Yaponiya mediasının məlumatına görə, 2023-cü ilin iyul-dekabr ayları arasında STSS diaqnozu qoyulan 50 yaşdan aşağı 65 nəfərdən 21-i dünyasını dəyişib.