İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? – 3 milyonluq kredit mübahisəsi…
“Tovuz Baltiya” MMC-nin sahibi Naiq Məmmədhəsənovla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi arasında qalmaqal yaşanır.
Qaynarinfo-ya daxil olan məlumata görə, Naiq Məmmədhəsənov sözügedən Mərkəzin verdiyi rəylə razılaşmır. Bu baxımdan, qurumu məhkəməyə verib.
Onun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Orxan Həsənov iş üzrə hakim təyin edilib.
İşin detallarına gəlincə, Naiq Məmmədhəsənovun bir neçə bankla problemli var. Xüsusilə, ləğv prosesində olan “Zaminbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə iş adamı arasında bir müddətdir ki, kredit müqaviləsinə dair qalmaqal yaşanır. İş adamı kredit borcunu bağlasa da, girovun azad edilməsi baş tutmayıb.
Bu barədə mediada “Tovuz Baltiya” MMC-nin direktoru Rafik Tağıyevin müraciətləri dərc edilib. İş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəylər məhkəmə tərəfindən qəbul edilməyib.
Əldə etdiyimiz məlumata görə, sonradan Mərkəz əvvəlki rəylərinin əksinə rəy verib. Bu isə iş adamının məhkəməyə müraciət etməsinə səbəb olub.