“Krokus” teraktı: Əlişir Qasımov da həbs edilir
Rusiya İstintaq Komitəsi “Krokus”da terror aktı ilə bağlı səkkizinci müttəhim – 32 yaşlı aşpaz və iş adamı Əlişir Qasımovun həbsini tələb edir.
Tacxeber.com xəbər verir ki, bu barədə “Baza” kanalı məlumat yayıb.
İş materialları Basmannı Məhkəməsinə verilib və yaxın vaxtlarda onun barəsində həbs-qətimkan tədbiri seçiləcək.
Terrorçuları “Krokus”a hücum hazırladıqları Putilkovoda mənzillə o təmin edib.
Qasimov Krasnoqorskda yaşayır və kiçik bir kafenin sahibidir.